Çalışdığımız saatlar

Bazar ertəsi - BAZAR: 9:00 - 18:00

Bizə zəng edin

Mob: +99412 55 326 54 34

Email

info@znservice.az

Daxilində olduğunuz bina sisteminin müəyyən zaman keçdikdən sonra çirklənmiş hava kanallarında hava sirkulyasiyası yox deyiləcək qədər az ola bilər. Çöldən gələn hava, toz, natəmizlik, çıxan duman və s. digər zərərli təsirlərlə əlaqədar  havalandırma kanallarınız dolur və bu da təbii olaraq müxtəlif xəstəliklərə səbəb olur. Binanın daxilində yaşayan insanlar, ya da iş yeri olarsa orada işləyən heyətiniz, müştəriləriniz çirkli hava kanallarından daxili məkana daşınan hava nəfəs yolu ilə qəbul olunduğu üçün bir sıra sağlamlıq problemləri ilə qarşılaşa bilər.

Havalandırma  sistemlərində prinsip olaraq təmiz hava xarici mühitdən qəbul edilir. Xarici mühitdə olan tozlar kanalın daxilinə dolur. Binanın yerləşdiyi yerli sahədə xarici mühitin toz dərəcəsi kanalın çirklənmə müddətini müəyyən edir. İnşaat işləri aparıldıqdan sonra təmizlənmiş kanallar, xarici mühitdən gələn tozlardan ibarət çirk təxminən 5 ildə kanal daxilində təmizliyə ehtiyac duyulur. Bu xarici mühitin tox dərəcəsindən asılı olaraq 3 ilə də ola bilər, 8 ilə də çıxa bilər.

Bu kanalların hazırlanması məshələsində ümumiyyətlə binalar inşaat vəziyyətindədir.  Bu səbəblə əlaqədar havalandırma kanalı yeni düzəlsə belə, tikinti sahəsində yaranacaq tozlar kanal daxilinə yerləşir. Bu tozlar kanalın işləməyə başlaması ilə eyni zamanda bütün sistemə yazılır. Bu səbəblərlə əlaqədar havalandırma kanalı yeni montaj olunsa da, mütləq təmizlənməlidir.